Erməni iş adamı: “İşçilərimin çoxu türk və azərbaycanlılardır”

Erməni iş adamı: “İşçilərimin çoxu türk və azərbaycanlılardır”

Erməni iş adamı, Fransada dörd “McDonald’s” restoranının sahibi etiraf edir ki, onun işçilərinin əksəriyyəti azərbaycanlılar və türklərdir.

“Sputnik Erməmnistan” xəbər verir ki, adının açıqlanmasını istəməyən erməni iş adamı bununla bağlı deyib: “Bütün dünyada 30-a yaxın erməni var ki, “McDonald’s” lisenziyasına malikdirlər, lakin türklər və azərbaycanlılar bundan qat-qat çoxdur”.

Onun sözlərinə görə, “McDonald’s”dakı karyerasında hələ 35 il əvvəl tələbə olarkən başlayıb – əvvəl təmizlik işlərinı baxıb, sonra ofisiant olub, daha sonra isə mətbəxə keçib – hamburger hazırlayıb. Əməksevərliliyi və inadı sayəsində karyera pillələri ilə irəliləyərək, Lionda restoranlardan birinin sahibinə çevrilib.

Fransa ermənisinin fikrincə, bu biznesdə uğur qazanmaq üçün yalnız böyük istək və əməksevərlilik lazımdır. İşçilərinin 90%-ni isə türklər və azərbaycanlılar təşkil edir.

“Təəssüf ki, ermənilər aşağılardan başlamaq istəmirlər, guya təmizlik işləri görmək və müştərilərə xidmət etmək onların işi deyil. Azərbaycanlılar və türklər heç bir işdən çəkinmirlər, buna görə də, fast-fud sahəsində erməniləri çox geridə qoyublar”, – biznesmen deyib.

O qeyd edir ki, “McDonald’s” sistemində azərbaycanlılar və türklər ermənilərdən dəfələrlə çoxdurlar və əlavə edib ki, bu sistemdə mənşə və milliyyətə heç kim diqqət yetirmir: sən ya bu işi görə bilirsən, ya da görə bilmirsən.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan indiyə kimi ərazisində bir dənə də olsa “McDonald’s” restoranının olmadığı azsaylı ölkələrdəndir.

virtualaz.org

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər