Ötən gün 107 cinayət törədilib, 28 nəfər saxlanılıb

Ötən gün 107 cinayət törədilib, 28 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların 18-i “isti izlər”lə açılıb.
DİN Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər