Başbuğdan şok açıqlama: “ABŞ Öcalanı bizə verdi, PKK-ya nəzarəti ələ keçirdi”

Başbuğdan şok açıqlama: “ABŞ Öcalanı bizə verdi, PKK-ya nəzarəti ələ keçirdi”

1999-cu ildə Vaşinqton hökumətinin PKK terror təşkilatı lideri Abdulla Öcalanı Türkiyəyə verməsi ilə terror təşkilatına nəzarət Suriyadan ABŞ-a keçdi.

Avropa.info xəbər verir ki, bu sensasiyalı açıqlama ilə Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ çıxış edib.

ABŞ-ın ən nüfuzlu universitetlərindən biri Con Hopkins Universitetində mühazirə demək üçün dəvət edilən Başbuğ Baltimor kampusunda çıxışa başlayarkən YPG tərəfdarlarının təxribatı ilə üzləşmiş, təxribatçılar zaldan çölə çıxarılmışdı. ABŞ-ın CSIS (Strateji və Beynəlxalq Fəaliyyət Mərkəzi) və Beynəlxalq Müdafiə Universiteti kimi mətbuata qapalı görüşlər keçirən Başbuğ geri qayıdanda  PKK/YPG ilə bağlı “Hürriyyət” qəzetinə müsahibə verib.

Suriyada YPG məsələsinin ABŞ ilə münasibətlərimizin mərkəzinə yerləşməsi baxımından baxıldığında tarixi planda ABŞ-ın PKK ilə münasibətlərin baxımından ən vacib detal nədir?

– Bunu ilk dəfə sizə deyəcəm. ABŞ 1999-cu ildə Öcalanı Türkiyəyə niyə təhvil verdi? Yadınıza salın, dövrün baş naziri rəhmətlik Bülənt Ecevitin bir açıqlaması vardı: “Bunlar niyə təhvil verdi bunu hələ də başa düşmədim” demişdi, səhv etmirəmsə. Əsas olaraq bunun üzərində fikirləşmək lazımdır. Təbii bu mənim şəxsi qiymətləndirməmdir və ilk dəfə açıq şəkildə ifadə edirəm. Öcalan 1979-cu ildə Suriyaya gedir. Suriyadan çıxışına qədər 20 il orada idi. Suriyada özünə bağlı kürd təşkilatlanmasının qurulduğu dövr də o zamandır. Dəməşqdə yaşayanda Öcalan kimin nəzarəti və mühafizəsi altında idi? Əsəd rejimi… Daha açıq danışaq Əl Mühaberat (Suriya Kəşfiyyatı). Təbii ki, Rusiyanın da qismən rolunun olduğunu deyə bilərik. O dövrdə Öcalan Mühaberatın nəzarəti və mühafizəsi altında idi. Siz onu Suriyadan çıxardınız və Türkiyəyə təhvil verdiniz. Terror təşkilatı Suriyanın nəzarətindən çıxdı və Amerikanın nəzarətinə girdi.

ABŞ hansı mexanizmlə nəzarəti təmin edir?

– Suriyanın dövlətinin nəzarəti artıq yoxdur.

ABŞ-ın PKK üzərində nəzarəti İraq vasitəsilə təmin etdiyinmi deyirsiniz?

– Kandildə bir struktur var. Öcalanın həbsxanadan təsiri yenə davam edir, amma Suriya faktoru yoxdur.

ABŞ-ın Öcalanı Türkiyəyə təhvil vermə səbəbi terror təşkilatına nəzarət etməkdir deyirsiniz. Doğru anlayıram?

Mənə görə səbəblərdən biri budur. Təbii 1999-cu ildən sonra ABŞ-ın PKK probleminə siyasi həll axtarmaq fəaliyyətinə daha çox əhəmiyyət verdiyini görürük. O, da ikinci bir səbəb. Digər tərəfdən Abdulla Öcalanı Türkiyədə həbsxanaya qoyarsanızsa, bu PKK probleminin siyasi həllini çətinləşdirər. Ancaq əsl məsələ Öcalan vasitəsilə Suriya təsirini götürmələridir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər