“İngiltərədə zəhərlənmiş “QRU” polkovniki heç vaxta sağala bilməyəcək” – Kimyəvi silahı hazırlayan sovet eksperti

“İngiltərədə zəhərlənmiş “QRU” polkovniki heç vaxta sağala bilməyəcək” – Kimyəvi silahı hazırlayan sovet eksperti

İngiltərənin Solsberi şəhərində sinir iflici yaradan “Noviçok” maddəsi ilə zəhərlənmiş sabiq “QRU” polkovniki  Sergey skripal və qızı Yuliya xilas olduqları təqdirdə belə heç vaxt sağala bilməyəcəklər.

Avropa.info xəbər verir ki, bu sözləri zəhərli maddələrin hazırlanması üzrə mütəxəssis, ABŞ-da yaşayan sovet kimyaçısı Vil Mirzayanov deyib.

“O (“Noviçok”) bizə məlum istənilən sinir iflic edən maddədən ən azı 10 dəfə güclüdür” – o, belə deyib.

Onun sözlərinə görə, Skripal və qızlarını artıq xilas etmək mümkün deyil. Son məlumatlara görə, onlar hələ də komadadır. Ümumilikdə zəhərlənmə ilə bağlı həkimə 21 nəfər müraciət edib. Bir polis daxil onlar hadisə baş verən yerdə olublar.

Baş nazir Tereza Meyin iddiasına görə, sui-qəsdin qurbanları şəhər yaxınlığında antidotun saxlandığı hərbi elmi-texnoloji laboratoriyanın olmasına görə, sağ qala biliblər.

Britaniya hakimiyyətində Skripalın sui-qəsdinin arxasında böyük ehtimalla Moskvanın dayandığını hesab edirlər. Belə ki, “QRU” polkovnikinin zəhərləndiyi maddə Rusiyada, hərbi məqsədlərlə hazırlanıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə istintaq materialları ilə tanış olmadıqca ultimatumlara cavab verməyəcəyini deyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər