Qazax icra başçısının müavini Gülayə Həsənovanın 9 qat dünya çempionu ilə nə problemi var? – İsrafil Məmmədov bunun səbəbini bilmək istəyir… – Fotolar

Qazax icra başçısının müavini Gülayə Həsənovanın 9 qat dünya çempionu ilə nə problemi var? – İsrafil Məmmədov bunun səbəbini bilmək istəyir… – Fotolar

“Qazax rayon icra hakimiyyəti başçısının müavini Gülayə  Həsənova mənə qarşı haqsızlıq edərək, rayonda idmanla bağlı təşkil edilən tədbirlərə dəvət edilməyimə icazə vermir.”

Bunu Avropa.info-ya açıqlamasında ağır atletika üzrə 9 qat dünya çempionu, 6 qat Avropa çemionu, əməkdar idman ustası İsrafil Məmmədov deyib. İcra başçısı müavini ilə heç bir probleminin olmadığını deyən İsrafil Məmmədov, buna baxmayaraq Gülayə Həsənova və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vuqar Nəbiyevin ona təzyiq etdiyini bildirib.

“2017-ci ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevin adına keçrilən beynəlxaq turnirdə ağır atletikanın 3 növü üzrə qalib olmuşam. 2017-ci ildə Gürcüstanda keçrilən dünya çempionatında mən və oğlum Məhəmmədəli Məhəmmədzadə dünya çempionu olmuşuq. Oğlum erməni idmançını məğlub edərək dünya rekordunu təzələdi. Lakin, bir dəfə də olsun rayon rəhbərliyindən kimsə bizimlə maraqlanmadı, təbrik belə etmədilər. Sonradan heç tədbirlərə də dəvət etmədilər. Bütün bunları edən isə icra başçısının müavini Gülayə Həsənovadır. Mən bununla bağlı icra başçısı Rəcəb Babaşova da müraciət etdim. Lakin, icra başçısı da mənə qarşı edilən haqsızlıqla bağlı bir tədbir görmədi. Mən müvafiq dövlət qurumlarından mənə qarşı edilən haqsızlığın qarşısının alınmasını xahiş edirəm”- dünya çempionu İsrafil Məmmədov belə deyib.

Qeyd edək ki, İsrafil Məmmədov ölkənin ən məşhur pəhləvanlarındandır. O, prezident İlham Əliyevin Qazaxa səfərləri zaman dəfələrlə ölkə başçısı ilə görüşüb.

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər