“Bakı mühüm məsələlərin müzakirə olunduğu bir məkana çevrilib”

“Bakı mühüm məsələlərin müzakirə olunduğu bir məkana çevrilib”

“Qlobal Bakı Forumu dünya liderlərini, aparıcı siyasətçiləri və ekspertləri bir araya gətirən əhəmiyyətli bir platformadır”.

Avropa.info xəbər verir ki, bunu Trend-ə Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç deyib.

Sabiq prezident qeyd edib ki, Azərbaycan bu foruma ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir: “Dünyanın təcrübəli insanları bir araya gəlir və mövcud problemlərlə bağlı səmərəli fikir mübadiləsi aparır, problemlərin həlli yollarını göstərirlər. Ümid edirəm ki, bu forum bundan sonra da öz işini uğurla davam etdirəcək”.

İ.Yosipoviç bu cür tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha artırır: “Artıq Bakı mühüm məsələlərin müzakirə olunduğu bir məkana çevrilib”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər