“Seçkiləri tanıma” – Poroşenkodan Ərdoğana çağırış

“Seçkiləri tanıma” – Poroşenkodan Ərdoğana çağırış

Ukrayna prezidenti Pyotr Poroşenko türk həmkarı Rəcəb Tayyib Ərdoğanı Krımda keçiriləcək Rusiya prezident seçkilərini tanımamağa çağırıb.

Avropa.info xəbər verir ki, Poroşenko və Ərdoğan arasında telefon söhbəti olub. Poroşenko Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıdığı üçün Türkiyə prezidentinə təşəkkür edib. O, həmçinin türk vətəndaşlarını Krım ərazisində seçkilərin monitorinqində iştirakdan çəkinməyə çağırıb.

“Krım – Ukraynadır. Və biz Türkiyənin ənənəvi dəstəyinə ümid edirik” – Ukrayna prezidenti belə deyib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 18 martda keçiriləcək.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər