Prezidentliyə namizədlərə həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq

Prezidentliyə namizədlərə həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

+MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə ödənişsiz əsaslarla həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində, 3 saat televiziya, 3 saat radioda olmaqla, ümumilikdə çıxış üçün 6 saat vaxt ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

Qərar verilib ki, ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma mərasimi Komissiyanın 19 mart tarixli iclasında keçirilsin.

APA

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər