İstanbul hava limanında AZAL-a məxsus təyyarədə nasazlıq baş verib – Foto

İstanbul hava limanında AZAL-a məxsus təyyarədə nasazlıq baş verib – Foto

İstanbulun Atatürk Hava Limanında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.

Hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.

Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: “Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq”.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər