İmişlidə Novruz şənliyi keçirilib – Fotolar

İmişlidə Novruz şənliyi keçirilib – Fotolar

İmişlidə Novruz Bayramı şənliyi keçirilib.

Avropa.info xəbər verir ki, bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı  Vilyam Hacıyev açaraq Novruz bayramı münasibəti ilə  Prezident İlham Əliyev  başda olmaqla  xalqımızı, həmçinin  bütün İmişli camaatını səmimi qəlbdən təbrik etdi.  Novruz bayramının evlərə xoş ovqat, hər ocağa bol sevinc, ruzi-bərəkət gətirməsini dilədi.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa və keçəlin şən, məzəli çıxışları, respublikanın tanınmış musiqiçilərinin bir-birindən gözəl ifaları və məktəbli qızlardan ibarət rəqs qrupunun gözəl rəqsləri bayram iştirakçılarında xoş ovqat və gözəl əhval-ruhiyyə yaratdı.
Bayram tədbirini rayon ictimayəti sona qədər maraqla izlədilər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər