Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

Martın 16-da Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.

DİN-dən Avropa.info-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobil Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü – Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər