Son dəqiqə: Türk Ordusu Afrinin mərkəzini fəth etdi

Son dəqiqə: Türk Ordusu Afrinin mərkəzini fəth etdi

Zeytun Budağı Hərəkatının 58-ci günündə Afrin rayon mərkəzinə soxuldu. Afrine girən ÖSO qoşunları rayon mərkəzində nəzarəti əlinə aldı.

Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin apardığı Zeytun Budağı Hərəkatı çərçivəsində Azad Suriya Ordusu qüvvələri şəhərin cənub-şərqindən girməyə başladı.

ASO qüvvələri, bu gün səhər  saatlarında PKK/YPG-li terrorçulardan təmizlənməsi məqsədi ilə Afrinə şəhərin cənub-şərqindən girməyə başladı. ASO qüvvələrinin irəliləyişi davam edərkən, Afrinin 2 kilometr qədər içərisinə girdiyi və rayon mərkəzində nəzarətin təmin olunduğu xəbəri gəldi. Bölgədə qarşıdurma və partlayış səsləri eşidilərkən regiondan ilk görüntülər də gəlməyə başlayıb. Bundan başqa, Türk döyüş təyyarələrinin da Afrin səmalarında uçduğu da müşahidə olundu.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər