Baxçalı yenidən MHP sədri seçilib – YENİLƏNİB

Baxçalı yenidən MHP sədri seçilib – YENİLƏNİB

Bu gün Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilib.

 

Məlumata görə, Dövlət Baxçalı yenidən MHP sədri seçilib.

 

D. Baxçalı 1169 qurultay nümayəndəsindən 1167-nin səsini alaraq 9-cu dəfə MHP sədri seçilib.

 

 

 

***

 

saat 11.49

 

Bu gün Ankarada Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilir.

 

Məlumata görə, qurultayda MHP sədri postuna yeganə namizəd partiyanın hazırkı sədri Dövlət Baxçalıdır.

 

Qurultayda partiyanın İdarə Heyətinə də seçkilər keçiriləcək.

 

Qeyd edək ki, bundan öncə D. Baxçalı 2019-cu ildə keçiriləcək prezidenti seçkilərində Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini, parlament seçkilərinə AKP ilə ittifaqda qatılacaqlarını bəyan edib. D. Baxçalının qurultayda çıxışında hər iki məsələyə geniş yer ayıracağı və qurultayın bu yöndə qərar verəcəyi gözlənilir.

 

 

 

 

 

apa

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər