Afrində terrorçular 12 otaqlı silah anbarını tərk edib qaçdı

Afrində terrorçular 12 otaqlı silah anbarını tərk edib qaçdı

Zeytun Budağı Hərəkatı çərçivəsində Afrin şəhərində axtarış  zamanı terror təşkilatı YPG/PKK-ya məxsus 12 otaqlı nəhəng yeraltı sursat anbarı tapılıb.

Avropa.info xəbər verir ki, Türk Silahlı Qüvvələrinin, (TSK) Azad Suriya Ordusunun (ASO) dəstəyi ilə Yanvarın 20-də başlatdığı hərəkat uğurla icra edilir. Texnologiyanın bütün imkanları istifadə olunduğu hərəkat zamanı Türk qoşunları, hava vasitələri regionda kəşfiyyat işlərini davam etdirir.

Bu çərçivədə Afrinin şimal qərbindəki Cuveyk kəndində döyüş təyyarələri və top atışlarından qorunmaq məqsədilə yer altında dəmir-beton divarlarla inşa edilmiş və üzəri torpaqla gizlədilmiş 150 metr uzunluğunda sursat anbarı aşkar edilib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər