Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralanan var

Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralanan var

Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun yol kənarında parladılması nəticəsində azı iki dinc sakin həlak olub.

Bu barədə “The Khaama Press” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.

Ölkə ərazisindəki terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Hücumun hədəfinin kim olduğu da hələ məlum deyil.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları partlayışın törədilməsinə görə “Taliban” radikal hərəkatından şübhələnirlər.

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər