Formula-1 avtomobili təyyarə ilə ötüşdü – Video

Formula-1 avtomobili təyyarə ilə ötüşdü – Video

Doha hava limanında “Qətər Eyrveys”ə məxsus iki sərnişin təyyarəsi ilə Spark SRT_01E bolidinin (Formula 1 avtomobili) yarışı keçirilib.

Axar.az xəbər verir ki, yarışın videosu “ABB Group” şirkətinə məxsus Yutub kanalına yerləşdirilib. Formula-1 sürət maşınını 2014-cü ildə idman yarışlarında iştirak edən belçikalı Jer Dambrozio idarə edib.

Avtomobil əvvəlcə “Eyrbus”, sonra isə “Boeing 787 Dreamliner” ilə yarışıb. Videodan göründüyü kimi, əvvəlcə Formula-1 avtomobili sürətdə ilk təyyarəyə uduzmur, lakin sonra onun təyyarədən geri qaldığı açıq görünür.

Videonun müəllifləri təyyarənin maksimal sürətini ölçüblər və məlum olub ki, Formula-1 avtomobilinin sürəti saatda 225 kilometr olduğu halda, təyyarənin sürəti (göyə qalxanadək) saatda 944 kilometr təşkil edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər