Deputat: “Bu insanlar o qədər səviyyəsiz, o qədər kişilikdən uzaqdırlar ki…”

Deputat: “Bu insanlar o qədər səviyyəsiz, o qədər kişilikdən uzaqdırlar ki…”

Milli Məclisin plenar iclası öz işini davam etdirir. Qərb ölkələrində Azərbaycana qarşı təhqir kampaniyası aparanlara qarşı Milli Məclis üzvləri də münasibət bildirib. YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzovun “mövqeyinizi bildirin” xitabından sonra bir sıra deputatlar söz alıblar.

Deputat Novruzəli Aslanov isə deyib ki, Azərbaycan xalqı ölkə prezidentini, dövlətini müdafiə edir: “Biz də belələrinə cavab hazırlamışıq və yaxın günlərdə layihəmizi təqdim edəcəyik. Birmənalı şəkildə ictimai qınaq olmalıdır. Azərbaycan xalqı birmənalı şəkildə onları qəbul etmir. Azərbaycan xalqı 11 apreldə öz sözünü deyəcək. Siyavuş müəllim, siz tam arxayın ola bilərsiniz”.

Deputat Fazil Mustafa siyasi mübarizədə təhqirin yolverilməz olduğunu deməklə yanaşı, ayrı-ayrı məmurların neqativ fəaliyyətinə də toxundu. Eyni zamanda ixtiraçılarla bağlı maneələrin aradan qaldırılmasını, onlara dəstək verilməsini istədi.

Deputat Elmira Axundova isə söyüşcül dəstə ilə bağlı çox sərt danışdı: “Bu insanlar o qədər səviyyəsiz, o qədər kişilikdən uzaqdırlar ki, onlar heç bizim parlamentdə geniş müzakirələrə də layiq deyillər. Sonra gedib sevinəcəklər ki, bizimlə bağlı parlament səviyyəsində müzakirə açdılar. Siyavuş müəllimə demək istəyirəm ki, biz hər birimiz mövqeyimizi bildirmişik. Mən özüm müsahibə verib demişəm ki, opponentə qarşı kişi kimi mübarizə aparmaq lazımdır. Onlara demək istəyirəm ki, Azərbaycan kişisi kürəyə deyil, sinəyə zərbə vurur”.

Deputat Hikmət Məmmədov isə bu hadisələrin təsadüf nəticəsində baş vermədiyini bildirdi: “Qlobal imperializm lidersizləşdirmə və dövlətsizləşdirmə siyasətini yeridir, biz Yaxın Şərqdə bunun şahidi olduq”. Deputat dedi ki, Azərbaycanda daxili sabitliyi pozmaq istəyənlər süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar: “Onlar öz ölkələrində siyasi teatr düzəldirlər. Gələcəkdə bu, siyasi drama çevriləcək. Gördünüzmü, Kölndə polis müdaxilə etmədi, həm bizim tədbirə, həm də qarşı tərəfə icazə verdi. Azərbaycanı təhqir edən şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görülməli və onların cəzalandırılması üçün addımlar atılmalıdır”. H.Məmmədov sosial şəbəkələrin fəaliyyətininin hüquqla tənzimlənməsini də

Spiker bu məqamda “hələ 21 nəfər də yazılıb” deyərək söz istəyən deputatlara irad tutdu və sözü komitə sədri Əli Hüseynliyə verdi. Ə.Hüseynli də cəmiyyəti bu məsələyə münasibət bildirməyə çağırdı: “Hər kəs bilməlidir ki, prezidentə və dövlətə ünvanlanan təhqir bizim hər birimizə ünvanlanıb”.

O.Əsədov isə ardınca gündəliyin müzakirəsinə keçməyi təklif etdi: “Hökm deyil ki, Milli Məclisin mikrafonu olsun və bu məsələ ilə bağlı burada mövqe bildirilsin. Gərək Milli Məclis işini qoyub ancaq bu məsələdən danışa. Ayrı-ayrı saytlar, qəzetlər var, orda da mövqe bildirmək olar”.

Musavat.com

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər