İrəvan boru kəmərlərini vurur, Bakı Ermənistan AES-ə zərbə endirir – Amerikanın müharibə ssenarisi

İrəvan boru kəmərlərini vurur, Bakı Ermənistan AES-ə zərbə endirir – Amerikanın müharibə ssenarisi

Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar üzrə Analitik Mərkəzi (CSIS) Ermənistanın qarşısında duran “yeni çağırışlar” mövzusunda müzakirələr keçirib və Qərbin bunlara necə reaksiya verməli olduğunu araşdırıb.

Amerika analitiklərini narahat edən odur ki, Rusiya həm Ermənistana, həm də onun düşməninə – Azərbaycana silah satır. Bundan başqa, siyasi dəyişikliklər də müzakirə edilib – Serj Sarkisyan ölkə prezidentliyindən gedir, onun baş nazir təyin olunması gözlənlir.

Virtualaz.org “Eurasianet”ə istinadən xəbər verir ki, Milli Demokratiya Fondunda Rusiya və Avrasiya üzrə baş direktor Miriam Lanskoyun qeyd etdiyinə görə, regionda hazırkı geosiyasi hərəkətlilik, xüsusilə Rusiya-Türkiyə yaxınlaşması və Azərbaycan-Rusiya münasibətlərinin güclənməsi ona gətirib çıxarıb ki, Ermənistan Avropa İttifaqında və Birləşmiş Ştatlarda dəstək axtarır.

Eyni zamanda, Miriam Lanskoy xəbərdarlıq edir: bu hərəkətlilik Qərb üçün yeni imkanlar yaratsa da, özündə bir təhlükə də daşıyır, belə ki, hər dəfə qlobal dövlətlər öz mövqelərinə yenidən baxdığı zaman “Qafqazda müharibə baş verir”.

Ümumilikdə, müzakirələrdə Qarabağ ətrafında münaqişə məsələsi dominantlıq edib. “Rusiya və Avrasiya” proqramı üzrə CSIS direktorunun müavini Ceffri Mankoff 2016-cı ilin aprel ayında baş vermiş dördgünlük döyüşlərin ildönümünü xatırladıb. Öz növbəsində, ABŞ-ın Belarus və Gürcüstandakı keçmiş səfiri Kennet Yalovits xəbərdarlıq edib ki, regionda istənilən gələcək münaqişə Ermənistanla Azərbaycan arasında birbaşa müharibə ilə nəticələnə bilər.

Amerikalı ekspert hətta ən pis ssenarini də təsvir edib: erməni hərbçiləri Azərbaycandakı boru kəmərlərini vurur, Bakı isə Ermənistandakı atom-elektrik stansiyasına zərbə endirir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər