MSK yekun nəticələri açıqladı: İlham Əliyev 86,03 faiz səs toplayıb

MSK yekun nəticələri açıqladı: İlham Əliyev 86,03 faiz səs toplayıb

Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsinin hamısı hesabat verib.

Avropa.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu aprelin 12-də keçirdiyi mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb.

Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında aşağıdakı kimi bölünüb:

Əliyev İlham Heydər oğlu – 3 milyon 397 min 664 səs (86, 03 faiz);

Əlizadə Araz Məmməd-Mübariz oğlu – 54 min 603 səs (1,38 faiz);

Hacıyev Hafiz Ələmdar oğlu – 59 min 977 səs (1,52 faiz);

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 119 min 390 səs (3,02 faiz);

Quliyev Fərəc İbrahim oğlu – 46 min 10 səs (1,17 faiz);

Məmmədov Sərdar Cəlal oğlu – 119 min 674 səs (3,03 faiz);

Nurullayev Razi Qulaməli oğlu – 29 min 282 səs (0,74 faiz);

Oruc Zahid Məhərrəm oğlu – 123 min 6 səs (3,11 faiz).

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər