Mərakeş kralının 25 həftədir itkin düşən arvadı şahzadə Lalla kiçik bir adada tapıldı – Həftəlik xərci 5 milyon avrodur

Mərakeş kralının 25 həftədir itkin düşən arvadı şahzadə Lalla kiçik bir adada tapıldı – Həftəlik xərci 5 milyon avrodur

Mərakeş kralı 6-ci Məhəmmədin həyat yoldaşı şahzadə Lalla Salma 25 həftədir itkin düşüb.

Avropa.info Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, ancaq bu hadisə kral sarayında təlaşa səbəb olmayıb.

Qəzetin iddiasına görə, 16 illik evli, 2 uşaq sahibi olan cütlüyün ayrılacağı bildirilir. Məlumatlara görə, şahzadə Lalla Yunanıstandakı Kea adasında yaşayır. 2500 insanın yaşadığı adada bir malikanədə insanlardan uzaq,  bir guşəyə çəkilən şahzadənin həftəlik xərcinin isə 5 milyon avro olduğu iddia edilir.

Keçmişdə  kompüter mühəndisi olan şahzadə Lalla ilə həyat yoldaşının əlaqəsinin 2012-ci ildə bitdiyi irəli sürülür. Kral ilə şahzadə, 1999-cu ildə bir tədbirdə tanış olmuş və 2001-ci ildə evlənmişdilər. Kral Məhəmmədin hicablı olmayan bir qadınla evlənməsi Mərakeşdə böyük səs-küyə səbəb olmuşdu.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər