Trampın Ərdoğandan tələb etdiyi amerikalı keşiş məhkəmə qarşısında – 35 il həbs ala bilər

Trampın Ərdoğandan tələb etdiyi amerikalı keşiş məhkəmə qarşısında – 35 il həbs ala bilər

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Ərdoğandan azad olunmasını tələb etdiyi amerikalı keşiş Endrü Kreyq Brunson məhkəmə qarşısına çıxarılıb.

Avropa.info xəbər verir ki, PKK və FETÖ/PDY terror təşkilatları ilə əlaqə qurmaqda ittiham olunan keşiş cinayətkar qruplaşmanın üzvü olmaqdan 15 il, dövlətin məxfi hərbi və siyasi sirlərini ötürmək məqsədilə casusluq fəaliyyətinə görə 20 ilə qədər həbs ittihamı ilə mühakimə olunur. Ona 35 ilədək həbs cəzası verilə bilər.

İzmirin Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında iki amerikalı senator da iştirak edir.

Xatırladaq ki, Brunson 2016-cı ilin 9 dekabrında saxlanılmış və həbs olunmuşdu.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər