Amerikalı politoloq: “Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb”

Amerikalı politoloq: “Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb”

Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu amerikalı politoloq, “The Tool Shed” şirkətinin təsisçisi, Amerika Yəhudi Komitəsinin dövlət orqanları ilə iş və ictimaiyyətlə əlaqələr üzrə keçmiş direktoru Ceyson Kats deyib.

O bildirib ki, digər ölkələrdə yəhudilər ayrı-seçkiliyə, təqibə məruz qaldığı halda, Azərbaycanda əksinə, dövlət onlara hərtərəfli dəstək göstərir:

“Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin martında Bakıda dağ yəhudiləri icması üçün gözəl sinaqoq tikilib istifadəyə verilib. Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb”.

Politoloq əlavə edib ki, Azərbaycanda dağ yəhudiləri uğurlu karyera qurur, ölkənin ictimai-siyasi həyatına inteqrasiya olunur, müvafiq vəzifələr tutur, öz bilik və təcrübələrini Azərbaycan hökuməti ilə bölüşür:

“Bu gün Bakıda yəhudi milliyyətindən olan görkəmli şəxslərin, Nobel mükafatı laureatı, fizik-nəzəriyyəçi Lev Landau, əməkdar həkim Solomon Qusman, Qarabağ müharibəsinin qəhrəmanı Albert Aqarunovun yaşadığı evlərdə xatirə lövhələri qorunub saxlanılır”.

Azərbaycan-İsrail münasibətlərindən danışan ekspert qeyd edib ki, iki ölkə hərbi və iqtisadi sahələrdə uğurla əməkdaşlıq edir:

“Azərbaycan İsrailin neft tələbatının 40 faizdən çoxunu təmin edir. İsrail, öz növbəsində Azərbaycana yüksək texnologiyalı hərbi texnika tədarük edir. Ölkələr arasında münasibətlər hərbi və iqtisadi əməkdaşlıq çərçivəsindən çıxır. Azərbaycan yəhudiləri bu gün Azərbaycan-İsrail münasibətlərinin möhkəmlənməsində çox vacib rol oynayır”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər