Ermənistan müxalifəti parlament binasına yürüş etməyə hazırlaşır

Ermənistan müxalifəti parlament binasına yürüş etməyə hazırlaşır

Ermənistanın parlamentinin “Yelk” fraksiyasının lideri, “Vətəndaş sazişi” partiyasının sədri Nikol Paşinyan İrəvanda keçirilən aksiyanın bütün iştirakçılarını parlament binasına doğru yürüş etməyə çağırıb.

Avropa.info xəbər verir ki, aksiya iştirakçıları Fransa meydanı ətrafındakı yolları bağlayıblar.

“Hər kəsi əlləri yuxarı şəkildə parlament binasına getməyə çağırırıram, polisləri isə xalqa xidmət etməyə. Əgər kimsə polisi vuracaqsa, o təxribatçıdır. Onu aranızdan çıxarın. Biz sülh şəraitində heç bir hadisə yol vermədən yürüş edəcəyik” – Nikol Paşinyan belə deyib.

Ermənistan parlamentinin qarşısında gücləndirilmiş rejimdə polis naryadı xidmət edir. Metro qatarları “Marşal Baqramyan” stansiyasında dayanmadan keçir.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər