Rusiyadan sensasiyalı açıqlama: “Əsəd adlı qatilin cəzasını biz özümüz verməliyik”

Rusiyadan sensasiyalı açıqlama: “Əsəd adlı qatilin cəzasını biz özümüz verməliyik”

Rusiya Milli Təhlükəsizlik Akademiyası direktor müavini və ASİAPOL-un təsisçisi, “Türk axımı” layihəsinin adının müəllifi Talat Ənvəroviç Çətin ABŞ, İngiltərə və Fransanın Suriyaya qarşı əməliyyatının Rusiyada necə əks-səda verdiyini, rusların nə etmək istədiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Talat Çətin Putinin mütləq qarşılıq verəcəyini bildirib.

“ABŞ və Qərb qatil Əsəd bəhanəsi ilə meydan oxuyur. Hücum Rusiya tərəfindən qəzəblə qarşılandı. Çünki vurulan zərbə Rusiya başda olmaqla bütün Şərqə endirilən zərbədir. Rusiya ictimaiyyətində olan baxış hücuma artıqlaması ilə cavabın verilməsidir. Məsələnin Əsəd olmadığı, Əsədin burada adi bir bəhanə kimi istifadə olunaraq Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki ehtiyatları mənimsəmək məqsədinin olmasını Rusiya yaxşı başa düşür.

Putin soyuqqanlılığını qorusa da, mütləq bu təhdidə cavab verəcək. Türkiyə Rusiya və ABŞ arasındakı gərginlikdə etdiyi vasitəçiliklə yanaşı Rusiyanın yanındadır.

Türkiyəyə Rusiyanın müttəfiqi və dostu olaraq baxılır. Türkiyə, Rusiya və İranın ortaq Astana uğuru ilə Suriya probleminin həllinə bir neçə addım qalmış və liderlərin Ankara görüşündən sonra bu hücum qəti şəkildə planlanmış tələdir.

Əsədin öz xalqına etdiyi zülmə gəlincə, regiondakı zalımın cəzasını biz verməliyik. Bu qatili başqalarının başqa məqsədlə döymələrinə göz yummaq bütün regiona hücum dəvətnaməsi mənasına gələr. ABŞ və Qərbin Rusiya-Türkiyə və Şərq ittifaqına necə baxdığı və nəticəsi məlum ikən, regionda hansı bəhanə ilə olur-olsun suverenliyin sahibləri olmasan əməliyyat keçirməsinə göz yummaq fəlakətin xəbərçisidir”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər