“Rusiya ilə münasibətlərimiz Makronun ayıra biləcəyi qədər zəif deyil” – Çavuşoğlu

“Rusiya ilə münasibətlərimiz Makronun ayıra biləcəyi qədər zəif deyil” – Çavuşoğlu

“Təəssüf ki, bir çox Avropalı dostumuz işin ciddiliyindən uzaq olan populizmi təmsil edirlər. Fransa prezidentinin verdiyi açıqlamalar ayrı-ayrı ölkələr tərəfindən yalanlandı. Bir prezidentə yaraşan açıqlamalar gözləyirik”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Makronun “Suriya əməliyyatı ilə türklərlə rusları da bir-birindən ayırdıq” açıqlamasına münasibət bildirərkən deyib. Çavuşoğlu Türkiyənin Rusiya ilə möhkəm münasibətləri olduğunu bildirib.

“Makron, Rusiya və İranla İstanbulda birgə keçirdiyimiz  zirvəyə gəlmək istədi. Üçlü toplantıya daxil edilməyincə gəlmədi. Bu hadisələr Dumadakı kimyəvi hücumdan əvvəl baş verdi. Biz əvvəldən kimyəvi silahlara da nüvə silahlarına da qarşıyıq. Bizim Rusiyaya ilə Astana prosesilə başlayan əlaqələrimiz var. Bu prosesdən də mühüm nailiyyətlər əldə etmişik. Bizim fərqli fikirlərimiz ola bilər, amma Rusiya ilə münasibətlərimiz, Fransa prezidentinin sözləri pozulacaq deyil. Bizim Rusiya ilə güclü münasibətimiz var. Bu cür bəyanatlar doğru açıqlamalar deyil”-Çavuşoğlu belə deyib.

Загрузка...

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər