ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi
ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını İrəvanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib.

“ABŞ səfirliyi Respublikada davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri ilə bağlı zorakılıq ocaqları yarana bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar olmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, – deyə Səfirliyin məlumatında bildirib.

Qeyd edək ki, Ermənistanda artıq bir neçə gündür ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər