Ankara Trampın Türkiyəni ittiham edən tvitinin cavabını verdi

Ankara Trampın Türkiyəni ittiham edən tvitinin cavabını verdi

ABŞ prezidenti Donald Trampın Türkiyədə FETÖ və PKK ilə əlaqədə şübhəli bilinərək mühakimə olunan keşiş Brunson üçün yazdığı tvitə Ankaradan cavab gəlib.

Avropa.info xəbər verir ki, Trampın Türkiyəni ittiham edən tvitinə hakim AKP partiyasının mətbuat üzrə nümayəndəsi Mahir Ünal NTV kanalında cavab verib:

“Biz Trampın tvitlərinə vərdiş etmişik. Türkiyə hüquq dövlətidir. Onlardakı məhkəmədir, bizdəki məhkəmə deyilmi? Təbii ki, məhkəmə qərarlarına hörmət edəcəyik. Keşiş ilə qərar verəcək şəxs nə Tramp, nə də məhkəmə xaricində heç bir iradə deyil. Məhkəmənin şəxsən özü bu qərarı verəcək. Məhkəmə prosesi müddətində bizim şərh verməyimiz doğru deyil”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər