Qırğızıstan prezidenti baş nazir və hökuməti istefaya göndərdi

Qırğızıstan prezidenti baş nazir və hökuməti istefaya göndərdi

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov baş nazir Sapar İsakov və hökumətin istefası haqda sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Məlumatda Qırğızıstan parlamentinin hökumətə etimad göstərməməsi nəzərə alınaraq prezidenti hökumətə istefaya göndərdiyi bildirilir.

Sərəncama əsasın baş naziri İsakov və hökumət üzvləri yeni hökumətin tərkibi formalaşdırılanadək vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, dünən ölkə parlamenti səslərin əksər çoxluğu ilə hökumətə etimadsızlıq göstərmişdi.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər