Dörd yaşlı xəstə uşaqdan yardımınızı əsirgəməyin! – Fotolar

Dörd yaşlı xəstə uşaqdan yardımınızı əsirgəməyin! – Fotolar

Dörd yaşlı uşağın sizin yardımınıza ehtiyacı var!

2014-cü il təvəllüdlü, Zərdab rayonu Gödəkqobu kənd sakini Davudzadə Fətulla Xəyyam oğlu ağır xəstəliklərdən əziyyət çəkir.

Bu barədə məlumatı Avropa.info-ya Fətullanın atası Xəyyam verib.

Fətulla Davudzadə inkişaf etaplarının ləngiməsi, anadangəlmə ikitərəfli ağır eşitmə, perinatal hipoksik, travmatik ensefalopatiyanın  nəticəsi kimi hidrosefal sindromdan əziyyət çəkir.

Atasının dediyinə görə, Fətullanın müalicəsi üçün Azərbaycanda bir neçə xəstəxanaya müraciət etsələr də, onun müalicəsi mümkün olmayıb. Həkimlər bildiriblər ki, Fətullanı Türkiyədə müalicə olunması mümkündür. Lakin müalicə üçün 30 min avro lazımdır.

Fətullanın müalicəsinə yardım üçün bank hesabı açılıb. Bank hesabını və xəstəlik epikrizini təqdim edirik.

Oxucuları Fətullanın müalicəsinə yardım kampaniyasında yaxından iştirak etməyə çağırırıq. Yardım etmək istəyən vətəndaşlar aşağıdakı hesaba yardım edə bilərlər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər