Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – Foto

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü – Foto

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Avropa.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib və alovun yayılmasının qarşısı alınaraq söndürülüb.

Qeyd edək ki, hadisə paytaxtın Hüseyn Cavid prospekti, 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində yanğın hadisəsi baş verib.

***

Bakıda yaşayış binası yanır.

Avropa.info xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb.

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər