Hesablar bloklanıb, müəssisələr dayanmaq üzrədir – “Qara siyahı”ya düşən rus oliqarxlar Medvedevdən kömək istədi

Hesablar bloklanıb, müəssisələr dayanmaq üzrədir – “Qara siyahı”ya düşən rus oliqarxlar Medvedevdən kömək istədi

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar siyahısına düşən “Renova” şirkətinin sahibi Viktor Vekselberq üzə çıxan problemlərlə bağlı baş nazir Dmitri Medvedevə şikayət edib.

Avropa.info xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “The Bell” nəşri yazıb.Nəşrin müsahibinə görə, oliqarx hesabların donması və Avropadakı müəssisələrinin fəaliyyətinin dayanması riski ilə üz-üzə qalıb. Sanksiaylar və kreditlərin artan dəyəri üzündən rus oliqarx xarici şirkətlərin nəzarət paketindəki payını azaltmaq məcburiyyətindədir.

Velkselberqin ən böyük problemi UC Rusal şirkətinin aksiyalarını zəmanəti qarşılığında cəlb olunan kreditlərlə bağlıdır. Antir-Rusiya sanksiyalarının genişləndirilməsindən sonra şirkətin kapital qoyuluşu kəskin azalıb. Söhbət milyardlarla dollar kreditdən gedir.

Vekselberqin sözlərinə görə, sanksiyalar üzündən onun strukturları kreditorların ünvanına dollar ödənişləri edə bilmir. Belə ki, ödəniş odluğu təqdirdə onlar dondurulacaq. Banklar isə sanksiya siyahısına daxil edilmiş Rusiya təşkilatları ilə əməkdaşlığa görə, sanksiya siyahısına daxil ola bilər.

Nəşrin iddiasına görə, Vekselberq Medvedevdən konkret kömək mexanizmləri istəməyib, amma şirkətin müraciətini ona təqdim edib. Bu hala qədər Rusiya hökuməti sanksiyaların miqyası və nəticələrini hələ tam dərk edə bilməmişdi.

Xatırladaq ki, 6 apreldə Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketini imzalamışdı. Sanksiyalar siyahısına düşənlər arasında Viktor Vekselberqin “Renova” qrupu, UC Rusalın təsisçisi Oleq Deripaska da var.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər