Bakı metrosunun bu stansiyasının giriş-çıxışı bağlanır

Bakı metrosunun bu stansiyasının giriş-çıxışı bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq.

Bu barədə Avropa.info-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

“Bakı Metropoliteni” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər