“Daha Serj Sərkisyan adında adam yoxdur, onun statusu axırıncı fahişədən də aşağıdır…” – Həmin Aşot Manuçaryan

“Daha Serj Sərkisyan adında adam yoxdur, onun statusu axırıncı fahişədən də aşağıdır…” – Həmin Aşot Manuçaryan

Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağda separatçı hərəkatı dəstəkləmək üçün İrəvanda yaradılan məşhur “Qarabağ” komitəsinin üzvü, sonradan daxili işlər naziri və prezidentin milli təhlükəsizlik müşaviri postlarını tutmuş Aşot Manuçaryan Ermənistanın baş naziri seçilən Serj Sərkisyanı “axırıncı fahişə” ilə müqayisə edib.

Manuçaryan bu haqda 1in.am portalına Ermənistanda Sərkisyanın baş nazir olmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatı ilə bağlı müsahibəsində danışıb.

“İndi gənclər də ayağa qalxıb və dərk etməyə çalışır ki, öz ölkəsinin sahibi olmaq nə deməkdir. Onlar yanıla, nəsə səhvə yola verə bilərlər-mən gəncləri günahlandırmıram. Mən artıq “müdrik dayıların” şərhlərini görmüşəm-onlar gənclərin beyinlərini yumağa çalışırlar. Həmin “müdriklərə” müraciət edirəm-sizin işiniz ancaq bu hakimiyyətdən pul almaqdır?”-Manuçaryan deyib.

“Həmin gənc adamların atalarını soyurlar və xaricə göndərirlər ki, uşaqlarını saxlamaq üçün işləsinlər. Siz isə bu pulları yeyib səs çıxarmadan sakitcə oturacaqsınız?”-erməni ictimai xadim hiddətlənib.

Aşot Manuçaryan daha sonra bunları deyib: “Serj Sərkisyan adında adam daha yoxdur. Belə adam Ermənistanda var idi-o, xaqla müqavilə bağladı. Dedi bu Konstitusiyanı qəbul edin, indiyə qədər nə etmişəmsə eybi yox, mən isə hazırlaşıb gedirəm. Bu adam xalqa söz verib. Bu adam həmin vaxta qədər adam sayılırdı ki, andını, verdiyi sözü pozmasın. Verdiyi sözə əməl etməyən andan o adamlıqdan çıxdı, imkan yaratdı ki, bu qrup onu banda rəhbəri adlandırsın. O, onlarla vəd verdi, amma sakitcə deyə bilərəm-bizdə verdiyin vədi pozdunsa yalançı cinayətkara, satqına çevrilirsən. Bu status isə erməni dünyasında axırıncı fahişənin statusundan da aşağıdır”.

Xatırladaq ki, Sərkisyan Ermənistanda parlament üsul-idarəçiliyinə keçidi təmin edən Konstitusiya dəyişikliklərini referenduma çıxaranda bu dəyişikliklərin hakimiyyətini baş nazir statusunda uzatmağa xidmət etmədiyini, baş nazir olmayacağını dəfələrlə elan edib. İndi isə ermənilər Sərkisyanın verdiyi sözü pozduğunu görüb küçələrə çıxıblar.

Virtualaz.org

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər