“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

Məruzədə qeyd olunub ki, həmin müraciətlərdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, işn icrası zamanı laqeydliyə, səhlənkarlığa və süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapıb.

“Yeri gəlmişkən, bir sıra icra qurumlarının fəaliyyətində aşkar olunan ciddi nöqsanlar nəzərə alınaraq, Ədliyyə Nazirliyi üzrə müvafiq əmrlərə əsasən 5 nəfər tutduğu vəzifədən azad olunub. Şikayətlər üzrə araşdırma nəticəsində bir sıra hallarda aliment üzrə borcların tam və ya qismən ödənilməsi təmin edilsə də, belə qərarlar üzrə işləri artmaqda davam etsə də, borcun, o cümlədən alimentin vaxtında ödənilməməsi, ödənişdən boyun qaçırılması və ya yubadılması xüsusi narahatlıq doğurur”, – məruzə qeyd olunub.

Qeyd edək ki, illik məruzə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.