Ermənistan prezidenti müxalifəti dialoqa çağırıb

Ermənistan prezidenti müxalifəti dialoqa çağırıb

Ermənistan prezidenti Armen Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edərkən tərəfləri dialoqa çağırıb.

 

Avropa.info xəbər verir ki, Armen Sarkisyan ölkədə təcili həllini tələb edən xeyli sosial-iqtisadi problemlərin olduğunu bildirib: “Dialoq, dözümlülük və biri-birini dinləmək bacarığı yaranmış vəziyyətdən yeganə çıxış yoludur”.

 

A.Sarkisyan qeyd edib ki, əksəriyyətinin gənclər təşkil etdiyi minlərlə etirazçı son günlər mitinq və aksiya keçirməklə hakimiyyətə tələblər irəli sürürlər: “Gənclər bizim sabahımızdır, gələcəyin hərbçisi, alimi və mühəndisi, siyasi xadimi və məmurlarıdır. Onların fikrinə hörmətlə yanaşmaq gərəkdir”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər