“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun “Sumqayıt” – “Qarabağ” görüşünün vaxtı dəyişdirilib. Bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.

“Sumqayıt” klubu “Qarabağ”la görüşün nəzərdə tutulandan 1 gün sonra – 22 apreldə keçirilməsini xahiş edib. “Gənclik şəhəri” təmsilçisinin müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun vaxtını 22 aprel saat 19:00-a təyin edib.

Beləliklə, “Sumqayıt” – “Qarabağ” qarşılaşması “Neftçi” – “Qəbələ” görüşü ilə eyni vaxtda başlayacaq.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər