Direktor məktəbdə kütləvi zəhərlənmə olmadığını deyir

Direktor məktəbdə kütləvi zəhərlənmə olmadığını deyir
Xəzər Universitetinin nəzdində yaradılmış, “Dünya” məktəbi təlim-tərbiyə müəssisəsində kütləvi zəhərlənmə baş verməsi ilə bağlı məlumat yayılmışdı.
Avropa.info xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, zəhərlənmə “Dünya” məktəbinin şagirdləri arasında baş verib.
Məsələ ilə bağlı məktəbin direktoru Mərufə Mədətli Avropa.info-ya açıqlama verib.
Direktorun sözlərinə görə, sözü gedən məlumatı doğru deyil: “Ona görə ki, Dünya məktəbinin şagirdləri arasında zəhərlənmənin baş verməsi hələ heç bir tibbi qurumlar tərəfindən təsdiqini tapmayıb. Bu hal bir neçə şagirdin valideynləri tərəfindən irəli sürülən ehtimaldır”.
Direktor qeyd edib ki, məktəbin bufetində saat 12.00-13.00 radələrində paytaxt salatından istifadə edən bir neçə şagird bundan təxminən 7-8 saat sonra, yəni saat 20:00 radələrində evlərində özlərini pis hiss edib  və qusma halı baş verib: “Lakin bu o demek deyil ki, bir neçə şagirdin halının pisləşməsi və qusması onların məktəbdə paytaxt salatından qidalanması ilə bağlı olub. Başqa sözlə şagirdlərin özlərini pis hiss etməsi, qusma ilə nəticələnən vəziyyəti onların məktəbdə paytraxt salatından qidalanması ilə əlaqələndirilə bilməz ən azından ona görə ki, hələ ki bu barədə tibbi rəy yoxdur”.

Direktor bildirib ki, məktəbin bir şagirdi belə, Bakı şəhərində heç bir xəstəxanaya yerləşdirilməyib və mədə-bağırsaqları yuyulmayıb.

M.Mədtli qeyd edib ki, baş verən olay haqqında məktəbimizin rəsmi mövqeyi belədir:

“Dünya məktəbində hər-hansı kütləvi zəhərlənmə baş verməmişdir. Lakin kütləvi yox, bir neçə şagirdimizin evlərində ikən (müxtəlif səbəblərdən) halının pisləşməsini inkar etmirik.

Valideynlərimizin narahatlığını başa düşürük və bununla bağlı təxirəsalınmaz tədbirlərdən biri kimi məktəbin bufetində hazırlanan bütün qidaların nümunələri götürülərək  müvafiq səhiyyə qurumunda yoxlanmaya verilmişdir. Yaxın günlərdə qidaların gigiyenik yoxlanmasının rəsmi nəticəsi barədə valideynlərə və maraqlı şəxslərə məlumat verəcəyik.

O ki qaldı hazırda məktəbimizdə 50 şagirdin dərsə gəlməmısinə, nəzərə alınmalıdır ki, Dünya məktəbində 70 sinif var və ən azı hər sinifdən 1 şagirdin dərsə gəlməməsi qeyri sabit hava şəraitində normal sayıla bilər”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər