9 may Qələbə günü İmişli rayonunda qeyd olunub- Fotolar

9 may Qələbə günü İmişli rayonunda qeyd olunub- Fotolar

İmişlidə 9 May Qələbə günü qeyd olunub.

Avropa.info-nun məlumatına görə, İmişlidən 23 nəfər qadın da könüllü olaraq müharibəyə yollanıb. Hazırda rayonda 6  veteran yaşayır. Qələbə günü münasibətilə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə 1941-1945  muharibəsi  zamani  həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev qələbinin təmin edilməsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət  etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib düşmənə layiqli cavab veriblər. Həmçinin, bildirilib ki, hər bir müharibə veteranın döyüş təcrübəsi onların keşməkeşli həyat yolu gənclərimizə  örnək olmalıdır. Veteranlar da öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Dövlət başçısı tərəfindən təqaüdlərinin artırılmasını minnətdarlıq hissi ilə yada salıblar.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər