Milli Məclisin xüsusi iclası başladı

Milli Məclisin xüsusi iclası başladı

Milli Məclisin Heydər Əliyevin 95-ci illiyinə həsr olunmuş xüsusi iclası işinə başlayıb.

Avropa.info xəbər verir ki, Heydər Əliyevin 95-ci illiyinə həsr olunmuş xüsusi iclasda məruzə ilə spiker Oqtay Əsədov çıxış edir.

Spiker H. Əliyevin keçdiyi həyat yolunu, 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövründən indiyədək keçdiyi yol barəsində danışıb.

Bildirib ki, H.Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövürdə SSRİ-də ən geridə qalan Azərbaycan qısa zamanda inkişaf etmiş respublikalardan birinə çıxıb.

“Məhz H. Əliyevin o zaman Azərbaycana rəhbərlik etdiyi dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, müstəqilliyimiz üçün zəmin yaratdı. Onun Moskvada ən yüksək vəzifədə olduğu zaman Azərbaycan düşmənlərinin qarşısını alıb. Lakin onun istefası elə Azərbaycana qarşı planlaşdırılan məkrli siyasətin tərkib hissəsi idi”- deyə, O.Əsədov bildirib.

Mürtəza

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər