Bakıda “Grandmart” supermarketində içi qurdlu Tunis xurması satılır: Qəzəbli alıcılar supermarketə axın etdilər (Fotolar)

Bakıda “Grandmart” supermarketində içi qurdlu Tunis xurması satılır: Qəzəbli alıcılar supermarketə axın etdilər (Fotolar)

Bakı şəhəri Xətai rayonu, M. Hadi küçəsində yerləşən “Grandmart” supermarketində vaxtı keçmiş, içi qurdlu olan Tunis xurmasının satıldığı üzə çıxıb. 

Avropa.info xəbər verir ki, Ramazan ayının gəlişi ilə əlaqədar “Grandmart”dan Tunis xurması alan alıcılar, bu gün supermarketə axın edərək, ticarət obyektinə rəhbərlik edən şəxslərin onlarla görüşməsini tələb ediblər.

Sakinlərin qarşısına “Grandmart”ın satış müdirinin müavini çıxaraq, satılan xurmaların geri qaytarılmasını təmin edib. Alıcılar bu xurmaların satışdan yığışdırılmasını da tələb ediblər.

Məsələylə bağlı “Grandmart”ın mövqeyini dərc etməyə hazırıq.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər