ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi qərarının gizlinləri: Tramp terrorizmin mənəvi dayaqlarını gücləndirdi – Bizim şərh

ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi qərarının gizlinləri: Tramp terrorizmin mənəvi dayaqlarını gücləndirdi – Bizim şərh

ABŞ-ın Qüdsdə səfirlik açması dünyanın siyasi dairələrində təəccüblə qarşılandı. Əslində, Trampdan belə bir addım gözləmək mümkün idi. Hazırki situasiyada ABŞ-ın milli maraqları tələb edir ki, bu ölkənin Yaxın Şərqdə imperalist siyasətində əsas alət olan İsraili sərhədsiz müdafiə etsin.

Vaşinqton üçün İsrail məsələsində beynəlxalq hüququn, Fələstin xalqının hüquqlarının heç bir önəmi yoxdur. Qüdsdə ABŞ səfirliyini açmaqla, Tramp Birləşmiş Ştatların Yaxın Şərq siyasətində vasitəçilik rolunu heçə endirdi, müsəlman dünyasının, beynəlxalq hüquq sisteminin və dünyada ədalətin düşməni olduğunu ortaya qoydu.

İsrail ABŞ-ın transmilli şirkətlərinin Yaxın Şərqdəki əsas dayağıdır və bu baxımdan Vaşinqton müsəlman dünyasının maraqlarını tapdalayır. Qüdsdə ABŞ səfirliyinin açılmasına Fələstində açıq etiraz etdilər və onlarla insan qətlə yetirildi, yüzlərlə insan yaralandı. Bütün bu yaşananlara Türkiyə və İran istisna olmaqla, islam dünyası seyrçi qaldı. Bu da anlaşılandır. Ərəb dövlətlərinin mütləq əksəriyyəti ABŞ-ın əlində alətdir. Trampın bu sərsəm qərarı Avropanı və ABŞ-ı terrorun ağuşuna ata bilər.

Belə ki, bəzən terror ədalətdən məyus olan, ədalətin bərqərar olacağı ümidini itirən insanların çarəsizlikdən əl atdığı intihar üsuludur. Əslində, terror ağılsız insanların silahıdır. Lakin terrora o adamlar əl atırlar ki, dünyada ədalətin olmadığını görürlər. Qüds qərarı ilə Tramp terrorizmin mənəvi dayaqlarını gücləndirdi.

Əslində, terror təşkilatlarının əksəriyyətinin arxasında elə Vaşinqton özü dayanır. Terrorçulara geniş maliyyə axını, silah Vaşinqtondan gedir. İsrailin Qüdsü öz paytaxtı elan etməsinin arxasında sionist ideologiyasının durduğu birmənalıdır.

Sionist ideologiyasına görə, Qüds İsrailin bütöv, bölünməz paytaxtıdır. Onlar İsrailin Qüdsün hamısını tutmasını qarşılarına məqsəd qoyub. Amerika da Qüdsü İsrailin paytaxtı kimi tanımaqla, bu sionist ideologiyaya dəstək verir. Trampın Qüds qərarı ilə ABŞ bölgədə özünün vasitəçilik missiyasını itirir.

Buna paralel olaraq, Rusiya Orta Şərqdə, Suriyadan İrana və Misirə qədər öz rolunu sistematik olaraq artırır. Bu mərhələdə ABŞ və İsrailin davranışlarına ən ciddi təpkini isə Türkiyə dövləti göstərir. ABŞ səfirliyinin Qüdsdə açılışından sonra yaranmış durumla bağlı Türkiyə öz səfirlərini ABŞ və İsraildən geri çağırmağa qərar verib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki , “81 milyonluq Türkiyə bu gündən sonra da Fələstinə sahib çıxacaq və ona arxa olacaq”.

Baş nazir əlavə edib ki, İsrail ordusunun fələstinlilərə qarşı artığı güllə insanlığa qarşı atılan güllədir. B. Yıldırım ABŞ-ın səfrilyini Qüdsə köçürməsini bölgədə sülhü sabotaj etməsi kimi dəyərləndirib. İslam dünyasına çağırış edən B.Yıldırım müsəlmanları birlik göstərməyə səsləyib.

Bəzi ekspertlərə görə, Qüds ABŞ-la Avropa İttifaqı arasında da gərginliyə səbəb ola bilər. Çünki indiyədək Avropa İttifaqı bir sıra məsələlərə münasibətdə ABŞ-ın kölgəsində qalır. Trampın məlum qərarına münasibətdə Avropa İttifaqı bu mövqedə qalmaq istəmədiyini nümayiş etdirmək niyyətindədir. Lakin ABŞ və Avropa İttifaqı arasında məsələyə münasibətdə razılaşmanın mövcudluğunu ehtimal etmək olar. Belə qənaətə gəlmək olar ki, avropalıların çıxış və münasibətləri tərəflər arasında razılaşdırılmış rol bölgüsüdür. Bu məsələdə müsəlmanların uğur qazanacağını da gözləmək yersizdir.

Yaranmış durumda Ankaranın tutacağı mövqe də maraq doğurur. Bəziləri hesab edirlər ki, bu yolla Türkiyəni yeni savaşa cəlb etmək istəyirlər. Lakin Türkiyənin Qüds uğrunda savaşa başlayacağı ehtimalı demək olar ki, yoxdur. Öz daxili problemlərini həll etməyə çalışan rəsmi Ankaranın Qüdsə dəstəyi diplomatik bəyanatlardan uzağa gedə bilməz. O ki qaldı ərəblərin Vaşinqtona savaş açmasına, bu da real deyil. Ərəb ölkələrinin əksəriyyəti ABŞ-ın vassalıdır və bu ölkələrin siyasi elitaları Trampın barmaq işarəsinə baxır. Cızığından çıxan ərəb ölkələrinin başçılarını devirmək Vaşinqton üçün o qədər də çətin deyil.

İndi Türkiyənin tutacağı mövqe də maraq doğurur. Bəziləri hesab edirlər ki, bu yolla Türkiyəni yeni savaşa cəlb etmək istəyirlər. Lakin Türkiyənin Qüds uğrunda savaşa başlayacağı ehtimalı demək olar ki, yoxdur. Öz daxili problemlərini həll etməyə çalışan rəsmi Ankaranın Qüdsə dəstəyi diplomatik bəyanatlardan və addımlardan uzağa gedə bilməz…

Avropa.info-nun ekspert qrupu

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər