“Türkiyə fələstinli yaralıları müalicə üçün ölkəyə gətirmək istəyir, lakin İsrail və Misir təyyarələrin enişinə icazə vermir” – Rəcəb Akdağ

“Türkiyə fələstinli yaralıları müalicə üçün ölkəyə gətirmək istəyir, lakin İsrail və Misir təyyarələrin enişinə icazə vermir” – Rəcəb Akdağ

“Türkiyə yaralı fələstinliləri müalicə etmək üçün, ölkəyə gətirməyə çalışır. Lakin İsrail və Misir buna mane olur.”

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ deyib. İsrail əsgərlərinin hücumu nəticəsində 60-dan çox fələstinlinin öldüyünü, 2000-dən çox yaralı olduğunu deyən Akdağ, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə yaralıların Türkiyəyə gətrilməsi üçün, çalışmalara başladıqlarını bildirib.

“AFAD və Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarələr yaralıları  hazırölkəyə gətirmək üçün hazırdır. Amma, nə Misir, nə də İsrail enişə icazə vermir. Dünya Səhiyyə Təşkilatı sədri də Türkiyənin bu addımını dəstəkləyir. BMT ilə də bu yöndə danışıqlar aparırıq. da dəstək istədiyini bildirdi.

Ən azından ümid edirəm ki, insanlıqlarını hələ itirməyiblər və oradakı  yaralıların Türkiyəyə gətirilməsinə bir şəkildə imkan verərlər” – Rəcəb Akdağ belə deyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər