“Heç kim Azərbaycanı Avropa Şurasından uzaqlaşdıra bilməz” – Səməd Seyidov

“Heç kim Azərbaycanı Avropa Şurasından uzaqlaşdıra bilməz” – Səməd Seyidov

Azərbaycana qarşı fəaliyyətdə olan bir neçə qruplaşma var. Onlar Azərbaycanı Avropadan uzaqlaşdırmaq istəyirlər”.

Avropa.info xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA komitəsinin ona qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

S.Seyidov bildirib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir: “Ancaq bu, o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil”.

S.Seyidov vurğulayıb ki, qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir.  Onun sözlərinə görə, bu, düşmən dəyirmanına su tökməkdir:

“Avropa Şurasında gedən proseslər şəffaf deyil.  Komissiyaya münasibətimiz mənfi olub. Bu da özünü doğrultdu. Komissiya sənədi 99 faiz Azərbaycana həsr edib. Ermənistanla bağlı qəbul olunan sənədlər müsbət, Azərbaycanla bağlı olanlar isə mənfidir. Azərbaycanın adını məruzəyə salmaq düzgün deyil. Bunu İngiltərə nümayəndə heyətinin üzvü də dedi. Ancaq buna gedilmədi.

S.Seyidov, həmçinin vurğulayıb ki, heç kim Azərbaycanı, nümayəndə heyətini Avropa Şurasından uzaqlaşdıra bilməz: “Bu, Azərbaycan parlamentinin qərarıdır. Qəbul oluna sanksiyalar hansısa bir seçki missiyalarında iştirakı məhdudlaşdıra bilər”.

S.Seyidov bildirib ki, AŞPA-da Ermənistana qarşı fərqli münasibət var: “Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞPA içində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.

Mürtəza

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər