“AŞPA-da Azərbaycan nümayəndə heyəti rəhbərinin dəyişəcəyi istisna deyil” – Səməd Seyidov ona qarşı tətbiq edilən sanksiya haqda

“AŞPA-da Azərbaycan nümayəndə heyəti rəhbərinin dəyişəcəyi istisna deyil” – Səməd Seyidov ona qarşı tətbiq edilən sanksiya haqda

“Gələcəkdə Səməd Seyidovun yenidən Avropa Şurasında Parlament Asambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olub-olmayacağını deyə bilmərəm. Nümayəndə heyətinin rəhbərinin dəyişəcəyi istisna deyil.”

Avropa.info xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA komitəsinin ona qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib. S. Seyidov Azərbaycanın bundan sonra da, AŞ-da fəaliyyətini davam etdirəcəyini bildirib.

“Bura Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün, bir meydandır və bu meydanı boş buraxmayacayıq. Nümayəndə heyətinin rəhbərinin dəyişib-dəyişməyəcəyi də rotasiya prinsipi əsasında həll olunur. Heç kim bu işlərdə daimi deyil. Azərbaycan nümayəndə heyəti bundan sonra da AŞ-da aktiv olacaq. Avropa Şurası da mütləq dəyişəcək. Biz buranı demokratik dəyərlərin yüksık tutulduğu bir yer bilərək üzv olmuşuq.Ancaq burada bəzi qüvvələr bəzi ölkələrə təzyiq edir. Bunu orada olanların əksəriyyəti bilir. Mənə tətbiq edilən sanksiya nümayəndə heyətinin fəaliyyətinə təsir göstərə bilməyəcək. Nümayəndə heyətinin rəhbərinin dəyişəcəyi də istisna deyil. Artıq bu istiqamətdə parlamentdə müzakirələr gedir. Mənim gələcəkdə nümayəndə heyətinə rəhbər olub – olmayacağımı deyə bilmərəm. Buna parlament qərar verəcək. Sanksiyanı qeyri-obyektiv hesab edirəm”-Səməd Seyidov belə deyib.

Mürtəza /Avropa.info/

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər