Nümayəndə heyətinin rəhbəri: “Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək”

Nümayəndə heyətinin rəhbəri: “Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək”

“Bu sanksiya nə bizim söz demək imkanlarımıza məhdudiyyət qoya, nə də hansısa sənədlərin hazırlanması ilə bağlı məhdudiyyət yarada bilər”.

Avropa.info-nun məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək. Onun sözlərinə görə, bu, Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq.

S.Seyidov vurğulayıb ki, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək.

Mürtəza

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər