“Məni 3 saat istintaqa çəkdilər” – Səməd Seyidov

“Məni 3 saat istintaqa çəkdilər” – Səməd Seyidov

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞPA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı  yayılan məlumatlarla əlaqədar mətbuat konfransı keçirib.

Avropa.info xəbər verir ki, S. Seyidovun sözlərinə görə, onu 3 saat istintaqa çəkiblər.

“AŞPA-da bu gün tətbiq olunan sanksiyalarla bağlı yaradılan qrup 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”, – deyə o bildirib.

S.Seyidov qeyd edib ki, suallar hərr şeyin təkrar soruşulmasından ibarət olub: “Bizə təsir edirdilər, deyirdilər ki, “sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınıza qarşı heç bir siyahı tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi.

Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.
S.Seyidov bildirib ki, nümayəndə heyətinin 12 üvzü var və bunların hər biri Azərbaycanı layiqincə təmsil etməyə hazırdır:  “Heç kim düşünməsin ki, biz meydanı tərk edəcəyik. Avropa Şurası kriz içərisində olan təşkilatdır. Bunları təhlil etmək lazımdır. Mənim nümayəndə heyətimdən çıxarılmağımla bağlı yayılanlar yanlışdır. Mən bu sanksiyaları yerinə yetirməyə məcburam. Ancaq orada təmsilçiliklə bağlı kimin olmasını partiya müəyyən edəcək. Bu məsələ müzakirə əsasında məlum olacaq. Bu mən, yaxud  başqaları da ola bilər”.
Mürtəza /Avropa.info/

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər