Kənd təsərrüfatı naziri ilk qəbulunu keçirəcək

Kənd təsərrüfatı naziri ilk qəbulunu keçirəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 18-i saat 11:00-da Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Bundan başqa, qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər