Vitse-spiker Zahid Oruca irad tutdu: “Qanuna dəyişiklikdən başqa hər şeydən danışdın”

Vitse-spiker Zahid Oruca irad tutdu: “Qanuna dəyişiklikdən başqa hər şeydən danışdın”

“Olimpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib?”

Avropa.info xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu yaxınlarda Olimpiada qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib: “Bu insanlar millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Eyni zamanda, biz orada üzücü bir mənzərə ilə rastlaşdıq. Olumpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həlllinə yönəlik işlər görməliyik”.

Z. Oruc eyni zamanda xaricdə təhsillə bağlı Azərbaycan insanının Gürcüstana üz tutumasına da öz iradını bildirib. O deyib ki, Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. “Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlər olan Britaniyada və ABŞ-da bizim nəticələri tanımırlar. Çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.

Deputat qeyd edib ki, insan vəsait xərcələyərək, Gürcüstana gedirlər, orada imtahan verirlər: “Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Z.Orucun çıxışını narazılıqla qarşılayıb. O deyib ki, Z.Oruc qanun layihəsindən, yəni müzakirə olunan “Məktəbəqədətr təhsil haqqında” qanuna dəyişiklikdən başqa hər şeydən danışdı.

Mürtəza

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər