Ərdoğan: “Çanaqqala bizim üçün nəysə, Qüds də odur” – (Yenilənib)

Ərdoğan: “Çanaqqala bizim üçün nəysə, Qüds də odur” –  (Yenilənib)

 “Çanaqqala bizim üçün nəysə, Qüds də odur”

 

Avropa.info xəbər verir ki, bu sözləri Yeniqapı meydanında keçirilən mitinqdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Yenikapı xüsusilə fərqli  bir günü yaşayır. Qəlbi Qüds üçün atan, qəzəbi Qüds üçün qabaran, ürəyi Qüds üçün yanan yüz milyonların səsi olaraq bu gün Yeniqapıda olan bütün qardaşlarımı ən qəlbi duyğularımla salamlayıram. Mitinqimizə iştirak edən MHP sədri olmaqla yanaşı BBP  sədrinə, siyasi partiyaların nümayəndələrinə öz təşəkkürümü bildirirəm. İsrail zülmü qarşısında yalnız və yalnız qəlblərindəki imanın gücü ilə mübarizə edən Fələstinli qardaşlarımızı xüsusilə salamlayıram.”

***

Avropa.info xəbər verir ki, mitinq keçirilən meydana gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük coşqu ilə qarşılanıb.

Mitinqdə TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, Fələstin baş naziri Rami əl-Hamdallah, MHP lideri Dövlət Baxçalı iştiraka edirlər.

Mitinq başlamazdan əvvəl Fələstində son hadisələr zamanı İsrail əsgərləri tərəfindən öldürülmüş insanların ruhuna Qurani-kərim oxunub.

***

Avropa.info xəbər verir ki, mitinqdə ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi və Qəzzada baş vermiş qətliama etiraz ediləcək.

Mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı planlaşdırılır.

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər