“Şagirdlərin əksəriyyətinin ciddi sağlamlıq problem var” – Qüdrət Həsənquliyev

“Şagirdlərin əksəriyyətinin ciddi sağlamlıq problem var” – Qüdrət Həsənquliyev

“Olimpiadada iştirak edən və qaliblərin əksəriyyətinin ciddi sağlamlıq problem var idi. Hətta onların bir çoxunun beli bükülmüşdü”.

Avropa.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, oradakı uşaqların sağlamlığında ciddi problemlər var idi: “Onlar nəinki eynək taxırdılar, hətta bir çoxunun beli bükülmüşdü. Çox cılız və arıq idilər”.

Deputat əlavə edib ki, dəfələrlə Azərbaycanda uşaqların boylarının normadan aşağı olması barədə ciddi problemlərin olduğunu deyib: “Hesab edirəm ki, uşaqların boylarının artırılması ilə bağlı dövlət sistemli şəkildə ciddi tədbirlər görməlidir və buna ciddi ehtiyac var”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər